Logo

Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri görüşdü

Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Valeri Gerasimov və Mark Milli arasında görüş olub.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, görüş Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib. Tərəflər görüş zamanı hərbçilər arasında münaqişələrin yaranması riskinin azaldılması ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlik, həmçinin qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və sözügedən görüş konstruktiv xarakter daşıyıb.

"The Wall Street Journal”ın məlumatına görə isə, danışıqlar ABŞ və tərəfdaşlarının Əfqanıstanı tərk etməsindən sonra terrorizmlə mübarizə vasitələrinin axtarılması fonunda keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR