Türkiyə və Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə və Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq.

Axar.az xəbər verir ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub.

A.Kərimov ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətləri bölgədə bütün türk dövlətləri üçün örnək nümunə olmalıdır.

Nazir görüş zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan geniş yenidənqurma və bərpa işləri barədə məlumat verib.

Görüş zamanı nazir Anar Kərimovun Türkiyəyə və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərlərindən də söz açılıb, ortaq layihələr və mədəniyyət sahəsində birgə fəaliyyətin və əməkdaşlığın perspektivləri müzakirə edilib. Ankarada keçirilən görüşün nəticəsi ilə bağlı mədəni əməkdaşlığın dərinləşdirilməsinə dair incəsənət, muzey, kitabxana, mədəni irs sahələrində davamlı işlərin aparılmasının vacibliyi qeyd olunub. Ankarada iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclasında müzakirə olunan və imzalanan sənədlərə dair tədbirlər planının hazırlanmasının yekunlaşdırılması və yaxın zamanda imzalanması ilə bağlı işlərin aparılması müzakirə olunub.

İki ölkə arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq çərçivəsində mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluq ifadə edilib.

Görüşdə cari ilin 6-10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəyi, sərgi-yarmarkada Türkiyədən nümayəndələrin və nəşriyyatların da iştirakının nəzərdə tutulduğu bildirilib.

Həmçinin görüşdə "Yunus Əmrə İli” və "Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan və Türkiyədə həyata keçirilən layihələr və gələcəkdə birgə təşkili planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...