“Ermənilərin anlamadığı da məhz budur ki...” - Açıqlama
"EurasiaNet” xəbər saytının redaktoru Coşua Kuçera Ermənistana yük daşıyan daşıyan İran maşınları ilə bağlı maraqlı versiya irəli sürüb.
Sfera.az bildirir ki, bu barədə beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məlumat verib. Onun sözlərinə görə, sözügedən şəxs baş verənlərlə bağlı Rusiyanı ittiham edib.
"İş ondadır ki, sözügedən versiyanın səslənməsi ilə erməni ictimaiyyətində anti-rus nifrəti özünün ən yüksək nöqtəsinə çatıb. Jurnalist iddia edir ki, Azərbaycanın Ermənistana yük daşıyan daşıyan İran maşınlarından vergi alması bəzi məqamları aşkar edir: "Bu blokpostlara nəzarət edən Azərbaycan polisi Ermənistan ərazisindən keçmədən həmin əraziyə gedə bilməz. Bunu da Rusiyanın müşayiəti ilə edirlər. Beləliklə, rəsmi Moskva bunu məxfi şəkildə dəstəkləyir"”, deyə Kuçera bildirib”.
Ə.Əlibəyli qeyd edib ki, Ermənistanın bütün sərhədlərinin qeyri-rəsmi olaraq rus əsgərlərinin nəzarətinə keçdiyi bilinən faktdır:
"Azərbaycan polisi bu yoxlamaları həm də onların gözü qarşısında rahat bir formada həyata keçirir və ermənilərin anlamadığı da məhz budur ki, nə baş verir axı”.Günay Rəsulqızı






