Logo

“Pupponin kimilər əvvəl pul alır, sonra da...” - Politoloq

“Pupponin kimilər əvvəl pul alır, sonra da...” - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Diqqət etsəniz, Azərbaycana qeyri-qanuni səfər edən şəxslərin böyük əksəriyyəti ya fransız, ya da yunandır. Özü də bu şəxslər adi insanlar deyil, Fransua Pupponin kimi Assambleya üzvü və ya da yüksək vəzifəli şəxslərdir. Rəsmi Bakı bu şəxslərin adını təkcə qara siyahıya salmamalı, ölkələrinə də nota təqdim etməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycan ərazisinə qanunsuz səfər etməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir:

"Bu şəxs qatı antiazərbaycan mövqeyi ilə seçilir. Onun belə bir mövqe sərgiləməsinin səbəbləri də aydındır. Məsələ ondadır ki, bu gün təkcə Fransa deyil, bir çox Avropa ölkəsində erməni lobbisi və diasporu olduqca güclüdür. Xüsusilə maliyyə imkanları geniş olan erməni diasporu öz "milli maraqlarını” təmin etmək üçün Fransua Pupponin kimi şəxslərə maliyyə dəstəyi təmin edərək, onların ölkələrində yüksək vəzifəyə gəlməsini təmin edir. Öz növbəsində Pupponin kimi şəxslər də ölkələrində vəzifə əldə etdikdən sonra erməni diasporunun tələblərini yerinə yetirir. Yəni Pupponin kimi şəxslərin Qarabağa qanunsuz səfər etməsi, burada erməniləri dəstəkləməsi və s. kimi davranışların başqa bir izahı ola bilməz. Necə deyərlər, pul almağa öyrəşən, buryuq almağa da öyrəşir. Pupponin də görünür, vaxtilə pulları ilə hakimiyyətə gəldiyi erməni ağalarına canla-başla xidmət edir”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR