“Azərbaycanda Qərbə qarşı mənfi düşüncə artır çünki...” – Şərh

15:00 / 11.09.2021
2234
"Başda Fransa olmaqla, bir çox
Qərb ölkəsinin 44 günlük müharibədə və sonrakı dövrdə ölkəmizə qarşı ikili
standartlara yol verməsi Azərbaycan hakimiyyətində də bu ölkələrə qarşı güvənsizlik
yaratdı”.
Bunu Sfera.az -a açıqlamasında siyasi şərhçi Teymur
Qasımlı son illər ölkə ictimaiyyətində və siyasilər arasında antiqərb düşüncəsinin
artması haqda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində antiavropa
düşüncəsinin formalaşdığını düşünmürəm:
"Bu məsələdə Azərbaycan hökuməti ilə cəmiyyəti
arasında ortaq bir düşüncə yoxdur. Məsələ ondadır ki, hökumət və siyasilər
haqlı səbəblərdən Qərbə qarşı düşüncəsini dəyişib. Çünki 44 günlük müharibə
zamanı Qərbin ölkəmizə münasibəti heç də gözlənildiyi kimi olmadı. Fransa və
digər ölklərin qərəzli mövqeyi erməniləri dəstəkləməsi Qərbə qarşı olan inamı zədələdi.
Təəssüf ki, bu gün də Qərbin ölkəmizə qarşı təzyiqləri
davam edir və düşüncəsi dəyişməyib. Müharibə sonrası ölkəmizə keçməyə cəhd edən
erməni diversantların Ermənistana qaytarılması, onların hərbi əsir kimi
adlandırmaları bu gün də davam edir. Hətta Avropa Şurasının belə erməni
diversantları Ermənistana qaytarılmasına dair qərəzli qətnamə qəbul edib. Bütün
bunları nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan hakimiyyətində Qərbə qarşı
inamsızlığın artması anlaşılandır.
Turan Rzayev