Mahir Qurbanov Kolumbiyanın səfiri ilə görüşdü - FOTO
Sfera.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın prinsipləri və gələcək idealar ətrafında keçiriləcək layihələr, o cümlədən iki dövlətin düşüncə mərkəzləri arasında yaranacaq sistemli iş barəsində söhbət açılıb.
Görüşdə ölkələrimizin arasında əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunub. Bu əlaqələrin daha da inkişaf etməsində vətəndaş cəmiyyətinin dəstəyi ilə bağlı edilə biləcək işlər müzakirə olunub.
Antonio Dimate Kardenas bunun ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə inkişafına, o cümlədən düşüncə mərkəzlərinin arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir, Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini söyləyib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.







