Logo

“Azərbaycan bu dövlətlərə nota verməlidir” - Yunan deputatın Qarabağa qeyri-qanuni səfərinə etiraz

“Azərbaycan bu dövlətlərə nota verməlidir” - Yunan deputatın Qarabağa qeyri-qanuni səfərinə etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ən qısa zamanda Laçın dəhlizinə Azərbaycan da nəzarət etməlidir. Bu artıq zərurət halına gəlib. Rusiya sülhməramlıları Laçın dəhlizinə təkbaşına nəzarət etmək iqtidarında olmadığını dəfələrlə sübut edib”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli sentyabrın 3-də Avropa Parlamentinin yunan Kiprindən olan keçmiş üzvü, AP-də yunan-erməni dostluq qrupunun rəhbəri, hazırda yunan Kiprinin deputatı Eleni Thecocharousun növbəti dəfə Qarabağa qanunsuz səfərindən danışarkən deyib.

Onun sözlərinə görə, adı uzun müddətdir Azərbaycanın Xarici İşlər Nazirliyinin "qara siyahı”sında olan bir deputatın Azərbaycan ərazisinə keçməsi, bu da azmış kimi üzərinə ayaq basdığı, havasını ciyərlərinə çəkdiyi ölkənin ərazi bütövlüyünə hörmətsizlik edərək əleyhinə ifadələr işlətməsi qəbuledilməzdir:

"Nəinki Eleni Thecocharous, heç bir xarici ölkə vətəndaşı Laçın dəhlizindən keçərək, Qarabağa səfər edə bilməz. Qarabağa hələlik yalnız Rusiya və Ermənistan vətəndaşları keçə bilər. Bu proses belə rəsmi Bakının müvafiq icazəsi ilə baş tutmalıdır. Təəssüf ki, bu ilk belə hal deyil. Rusiya sülhməramlılarına konkret səlahiyyət zonası və konkret səlahiyyətlər verilib. Xarici ölkə vətəndaşı bu gün Laçın dəhlizindən keçərək Qarabağa daxil olursa, bu məsələ ciddi şəkildə aktuallaşmalı, hətta rəsmi Moskvaya nota belə təqdim edilməlidir”.

Politoloq qeyd edib ki, Eleni Thecocharous Kiprin deputatı olsa da erməni lobbisinin əlində oyuncağa çevrilmiş şəxsdir:

"Bu şəxs təsadüfən AP-də yunan-erməni dostluq qrupunun rəhbəri seçilməyib. Həyatını erməni maraqlarına həsr edən bu şəxs dəfələrlə ölkəmiz əleyhinə Avropada və Ermənistanda tədbirlər keçirmiş, "erməni tarixini” təbliğ etmişdir. Eleni Thecocharous həm də Avropada qatı türk nifrəti ilə tanınır. "Antitürkiyə" və "antiazərbaycan" şüarlarının dəstəkçisi olan kiprli deputatın ölkəmizə daxil olması bu mənada qəbuledilməzdir. Bu şəxslə bağlı Kipr hökümətinə də rəsmi nota verilməsini vacib sayıram.

Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edir və eyni şəkildə də digər dövlətlərdən buna qeyd-şərtsiz əməl etmələrini gözləyir. Rəsmi Bakının etimad etdiyi ölkənin sülhməramlıları üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirə bilmirsə, bunu Azərbaycan sərhəd qoşunları ən layiqli şəkildə icra edə bilər”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR