Logo

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 15-də Azərbaycana işgüzar səfər edəcək.
Sfera.az-ın məlumatına görə, o, Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak edəcək.

Səkkizinci toplantı çərçivəsində sentyabrın 16-da iki ölkənin işgüzar dairələri arasında qarşlılıqlı əlaqələrin daha da gücləndirilməsi məqsədilə Azərbaycan-Gürcüstan biznes forumu da təşkil olunacaq.

Qeyd edək ki, hər iki ölkənin baş nazirlərinin həmsədri olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci ilin dekabrın 20-də Tbilisidə baş tutub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR