"Çoxlarımız bu imkandan istifadə etməmişik, yaxud da imtina edirik" - Elnur Allahverdiyev

"Dövlətimiz bir çox dünya dövlətlərini qabaqlayaraq vətəndaşlarının kütləvi peyvəndlənmə prosesini həyata keçirir. Ancaq hələ də bir çoxlarımız sağlamlığımız naminə bu imkandan istifadə etməmişik, yaxud da imtina edirik".
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, ölkəmizdə vətəndaşımızın bu aqressiv virusdan peyvənd vasitəsilə qorunması üçün bütün lazımi tədbirlər görülüb

"Bəşəriyyətimiz tarix boyu müxtəlif çağırışlarla üz-üzə qalıb və böyük itkilər verib. Bu çağırışların arasında viruslar, xəstəliklər və epidemiyalar insanı hər zaman təqib edib. XX əsrdə tibb elminin inkişafı ilə əlaqədar bu növ təhlükələrin qarşısı alınıb, ancaq insan yeni və daha qorxulu bəlalardan sığortalanmayıb. Bunlardan növbətisi Covid-19 pandemiyasıdır ki, ondan da qorunmağın yeganə yolu peyvənddir. Ölkəmizdə vətəndaşımızın bu aqressiv virusdan peyvənd vasitəsilə qorunması üçün bütün lazımi tədbirlər görülüb. Dövlətimiz bir çox dünya dövlətlərini qabaqlayaraq vətəndaşlarının kütləvi peyvəndlənmə prosesini həyata keçirir. Ancaq hələ də bir çoxlarımız sağlamlığımız naminə bu imkandan istifadə etməmişik, yaxud da imtina edirik. Halbuki, virus bəlasından yeganə qorunma yolu olan pəyvəndlənməklə biz tək özümüzü deyil, yaxınlarımızı, ətrafımızı da qoruya bilərik.
 
Həmçinin deputat bu gün özünün də peyvənd olunduğunu bildirib:

"Bu gün mən də bu prosedurdan keçdim. Mən də bu virusdan xəstələnib sağalmışam, ancaq tibb vaksinlənmə tələb etdiyindən birinci doza peyvəndi qəbul etdim. Hər birinizi peyvəndlənməyə dəvət etməyi özümə borc bilirəm. Bu prosesdən nə qədər tez keçsək, həyatımızın normal məcraya qayıtmasına o qədər tez nail ola bilərik"!




OXŞAR XƏBƏRLƏR