Logo

“Niyə erməniləri bu davranışdan çəkindirmirlər?” - Açıqlama

“Niyə erməniləri bu davranışdan çəkindirmirlər?” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əslində, Qarabağ ərazisində separatçı rejim yox, rəsmi Kreml mövcuddur”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla son görüşünü dəyərləndirərkən, politoloq Nəsimi Məmmədli deyib:

"Lavrov açıqlamaları ilə göstərməyə çalışır ki, Ermənistanla Azərbaycan, o cümlədən regionda sülhyaratma missiyasını üzərinə götürən, onu uğurla həyata keçirən yeganə dövlət Rusiyadır və tərəflər də onun bu davranışından məmnundur. Rusiyanın rəsmi siyasətində bu məqam açıq şəkildə özünü göstərir”.

Ekspert qeyd edib ki, Lavrov sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı verdiyi bəyanatda da səmimi deyil:

"Səmimi olsaydı, İrəvana açıq şəkildə deyərdi ki, bu mövzuda pozuculuq fəaliyyəti göstərən Ermənistanın özüdür. Niyə erməniləri bu davranışdan çəkindirmirlər? Buna Rusiyanın imkanları var. Sanki Ermənistanla Rusiya bu məsələdə həmrəydir. Həmrəylik ondan ibarətdir ki, Azərbaycan Ermənistan sərhədləri tamamilə Rusiyanın nəzarəti altına keçirilsin”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR