Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: "Bağışlayın..."

Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı:

Türkiyə Prezidenti rusiyalı həmkarına ünvanlandığı məktubda iki ölkə arasındakı münasibətlərin əvvəlki səviyyəyə çatdırılması üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu ifadə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib. Sputnik Rusiya Prezidentinin saytına istinadən xəbər verir ki, Ərdoğan məktubunda Rusiyanı Türkiyənin dostu və müttəfiqi adlandırıb.

"Baş verənlər planlı və məqsədli şəkildə olmayıb. Biz insidentdən sonra risk edərək, vurulan rus pilotun meyitini suriyalı müxaliflərin əlindən aldıq və Türkiyə gətirdik. Onun dəfni həm hərbi, həm də öz ölkəsinin dini qaydalarına uyğun həyata keçirildi. Bütün bu işlər Rusiya — Türkiyə münasibətlərinə layiq şəkildə təşkil olundu", — deyə Ərdoğan məktubunda bildirir.

O, bir daha baş verənlərdən təəsüfünü ifadə edir: "Mərhumun ailəsinə başsağlığı verir və deyirəm ki, bağışlayın".

"Həmin pilotun ailəsinin başına gələnləri bir türk ailəsinin başına gəlmiş kimi qəbul edirik və kədərinin yüngülləşməsi üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq", — Ərdoğan məktubda yazıb.

Türkiyə Prezidentinin məktubunda qeyd edilir ki, rus pilotun ölümündə şübhəli bilinən hərbçi həbs olunub və hazırda barəsində məhkəmə gedir. Ərdoğan yaşananlardan dolayı təəssüfləndiyini vurğulayır və bildirir ki, iki ölkənin münasibətlərinin əvvəlki səviyyəyə çatdırılması üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

"Biz bundan sonra regionda baş verən böhranlı vəziyyətlərə Rusiya ilə birgə reaksiya verməyə və terrora qarşı bərabər mübarizə aparmağa hazırıq", — məktubda qeyd olunur.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...