Ceyhun Bayramov İranın yeni XİN rəhbəri ilə telefonla danışdı

Siyasət
20:40 / 31.08.2021
2171
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, Ceyhun Bayramov, İranın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Ceyhun Bayramov, Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.
Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.