“Prezident Şuşadan mühüm mesajlar verdi” - Deputat
"Mədəni xarakterli siyasi yükə malik bu kimi böyük tədbirlərin həyata keçirilməsi, Azərbaycanın güc və qüdrətinin, Prezidentin iradəsinin təsdiqini bir daha gündəmə gətirdi”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa səfəri və burada səsəndirdiyi mesajları dəyərləndirərkən, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib:
"Hər zaman olduğu kimi, Prezident Şuşa səfərini həyata keçirən zaman, həmçinin yol boyu vacib olan məntəqələrdə dayanaraq, aparılan tikinti-quruculuq işlərilə də tanış olub, tapşırıqlarını verib və iradlarını bildirib. Son dayanacaqda isə siyasi-hüquqi baxımdan böyük əhəmiyyət kəsb edən mesajlar verib. Bu baxımdan Şuşa səfəri böyük əhəmiyyət kəsb edir. Prezident Şuşanın azad edilməsilə bağlı verdiyi ayrı-ayrı bəyanatlarla bu şəhərin həqiqətən Azərbaycan və türk dünyasının mədəniyyət beşiyi olduğunuvə bu istimətdə dövlətin ciddi siyasi iradəsinin mövcudluğunu ortaya qoyub”.
Deputat bildirib ki, Prezidentin Şuşaya səfəri fonunda Vagifin məqbərəsi önündə poeziya gününün keçirilməsi də Azərbaycanın öz hədəflərini ortaya qoyması və ona doğru irəliləməsi baxımından mühüm tədbir idi:
"Şuşa bərpa olunmaq prosesini yaşayır. Erməni vandalları tərəfindən dağıdılan Vafiqin məqbərəsi də bərpa olundu. Eyni zamanda Vaqifin yaşadığı evin qarşısında büstü, Bülbülün və Üzeyir Hacıbəyovun Ev Muzeyinin təməlqoyma mərasimi keçirildi”.
Deputat qeyd etdi ki, ermənilər onlara ünvanlanan belə mesajların fərqindədir: "Prezidentin çıxışı ilə Şuşanın əbədi olaraq Azərbaycanın tarixi məskəni kimi insanlarımızın ixtiyarına verildiyi bir daha sübut olundu. Yaxın gələcəkdə şuşalıların daha komfort vəziyyətdə yaşayacaqlarının planı açıqlandı. Bütün bunlar diplomatik və informasiya müharibəsində Azərbaycanın ciddi üstünlüklərinin ifadəsidir”.Elçin






