Rusiya Ermənistanı niyə silahlandırır? - Açıqlama
Kateqoriya məlum deyil
"Rusiyanın bu addımı Ermənistanı özündən asılı vəziyyətdə saxlamağa xidmət edir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Ermənistan ordusunu bərpa etmək üçün yenidən silahlandırmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib:
"Moskvada Paşinyanın Rusiyayönümlü baş nazir olduğuna inanmırlar. Ona görə də Paşinyan hökumətini mütləq mənada asılı halda saxlamaq, İrəvana təzyiq imkanlarını itirməmək üçün bu cür mexanizmlərdən yararlanırlar. Kreml növbəti dəfə İrəvanı özünün geosiyasi alətinə çevirmək üçün buna gedir. Paşinyan hökuməti üçün bunun alternativi yoxdur. Rusiyadan başqa kimsə Ermənistana pulsuz silah verməyəcək”.
Həmsöhbətimizin fikrincə, Moskvanın bu davranışı riyakarlıqdır: "İrəvana silah satmaqla Rusiya regionda hərbi güc balansı yaratmaqda maraqlı olduğunu iddia edir. Amma Rusiya bu cür sınıq-salxaq silahları Ermənistana nə qədər versə də, hərbi güc balansını yarada bilməyəcək. Çünki bu gün olduğu kimi sabah da balans Azərbaycanın xeyrinə olacaq. Azərbaycan həm də ən müasir silahlara malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, nəticə Ermənistan üçün yenə də acınacaqlı olacaq”.Elçin






