Logo

İstanbuldakı göydələndən Trampın adı götürüləcək?

İstanbuldakı göydələndən Trampın adı götürüləcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Tramp islamofob fikirlər səsləndirdiyi üçün İstanbulun işgüzar rayonunda Amerika göydələni tərzində tikilən "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib.

Sfera.az "Report"a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Türkiyə prezidentinin fikrincə, Trampın Amerikadakı müsəlmanlara qarşı dözümlülüyü yoxdur və bu səbəbdən onun adı tez bir zamanda göydələndən götürülməlidir.
"Tower Trump" yaşayış və biznes kompleksi 2012-ci ildə Türkiyənin "Dogan Sirketler Grubu Holding AS" şirkəti tərəfindən inşa edilib. O, 37 və 39 mərtəbəli iki qüllədən ibarətdir. Kompleks Donald Trampa məxsus şirkətdən alınan imtiyazla inşa edilib. Onun açılışında Ərdoğan özü də iştirak edib, lakin indi bunun səhv olduğunu hesab edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR