Qara göl ətrafında vəziyyət gərginləşib? – Ermənilərin İDDİASI

16:20 / 23.08.2021
1533
"Qara göl ətrafında Azərbaycan ordusu irəliləməyə çalışıb. Hazırda vəziyyət həddindən artıq gərgindir”.
Sfera.az xəbər verir ki, bu iddia ilə erməni bloger Mika Badalyan özünün Telegram kanalında çıxış edib.
Onun sözlərinə görə, hər iki tərəfin hərbçiləri "bir-birinə çox yaxın" ərazilərdə mövqe tutublar.
Bildirilir ki, Rusiya hərbçilərinin iştirakı ilə vəziyyəti stabilləşdirməyə çalışırlar. Bloger əlavə edib ki, Zəngəzur mahalında qarşıdurmanın artması ciddi narahatlıq doğurur, çünki son 4-5 həftə ərzində bu ərazidə sükut hökm sürürdü, indi isə pis xəbərlər əsasən oradan gəlir.
Badalyan xatırladır ki, Qara göl strateji olaraq Azərbaycan üçün çox əhəmiyyətlidir.