Logo

Ermənistan Qazaxla sərhəddən əhalini köçürür - SƏBƏB

Ermənistan Qazaxla sərhəddən əhalini köçürür - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.

Sfera.az xəbər verir ki, bu haqda informasiyanı bölgənin qubernatoru Ayk Galumyanın yayıb.

Onun sözlərinə görə, avqustun 19-da qəbul edilən qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.

Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

Bunun həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq olması da istisna deyil.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR