"Qarabağla bağlı qərar olacaq" - Sarkisyan

Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunmalıdır.
 

Virtualaz.org bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan bunu Vatikan radiosuna müsahibəsində deyib.
"Aprel hadisələrinə qədər biz deyirdik ki, problem qarşılıqlı güzəştlər əsasında həll edilməlidir. İndi insanlar çətin başa düşürlər ki, güzəştlərə necə getmək olar... Bununla belə, mən əminəm ki, biz optimal bir yol tapmalıyıq", - deyə S.Sarkisyan vurğulayıb.

O, həmçinin bildirib ki, bu yol nə Ermənistan, nə də Azərbaycan üçün yox, Dağlıq Qarabağ xalqı üçün yaxşı olmalıdır.

"Və əminəm ki, bu yol tapılacaq", - deyə Ermənistan prezidenti əlavə edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR