Müdafiə Nazirliyindən Əfqanıstandakı sülhməramlılarımızla bağlı - AÇIQLAMA
Kateqoriya məlum deyil
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir"-deyə, məlumatda deyilir.






