Logo

Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib

Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.

Sfera.az xəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb.

" Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR