Gürcüstan Azərbaycanla sərhədləri aça bilər
Kateqoriya məlum deyil
Azərbaycanın sərhədi açacağı ilk ölkələrdən birinin Gürcüstan olacağını hesab edirik.
"Gürcüstan Biznesi" nəşrinin məlumata görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Məryəm Kvrivişvili deyib.
Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin açılması mövzusunda danışıqlar aparılıb:
"Azərbaycanla danışıqlar yüksək səviyyədə aparılıb. Bilirsiniz ki, iki ölkə arasında çox yaxşı münasibətlər var və Azərbaycanın sərhədləri açdığı ilk ölkələrdən birinin Gürcüstan olacağını hesab edirik". // Publika.az





