Logo

Mədəniyyət naziri Tbilisi meri ilə görüşdü

Mədəniyyət naziri Tbilisi meri ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri nəzərdən keçirilib.

Tərəflər əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, Tbilisi və Bakı arasında dostluq əlaqələri məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov da iştirak edib.

(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR