Logo

“Rusiyanı müdaxiləyə cəlb etmək istəyirlər...” - Politoloq

“Rusiyanı müdaxiləyə cəlb etmək istəyirlər...” - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Növbədənkənar parlament seçkisi başa çatdıqdan sonra Ermənistanda daxili siyasi vəziyyətin payıza qədər nisbi sakitlik şəraitində keçəçəcəyi istiqamətində verilən proqnozlar özünü qismən doğruldur”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Müsahibimiz bildirib ki, müxalif siyasi partiyalarının qanun pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə verdikləri şikayətin cavabını gözləməklə yeni qarşıdurmaya hazırlaşırlar:

"Bu qarşıdurmanın hansı forma və taktika ilə aparılacağı yeni seçilmiş deputatlar parlamentdə öz yerlərini tutduqdan sonra müəyyən olacaq. Böyük ehtimalla keçmiş prezident Robert Köçəryan şəxsən öz mandatından imtina edərək deputatlar sırasına qatılmayacaq. Parlamentə düşməyi bacaran digər müxalifət nümayəndələri və o cümlədən 3-cü prezident Serj Sarkisyanın isə deputat mandatını qəbul edəcəyi haqqında xəbərlər yayılır”.

Ə.İbrahimov həmçinin bildirib ki, bu hadisələr fonunda sərhəddə ermənilər tərəfindən bu və ya digər formada atəşkəsin pozulması hallarının davam edəcəyi gözləniləndir:

"Atəşkəsi pozmaqla onlar artıq arxivlərə verilməkdə olan Qarabağ münaqişəsini yenidən gündəmə gətirmək və münaqişənin bitmədiyi təəssüratını yaratmaq istəyirlər. Paşinyana müxalifətdə olan Ermənistan Qarabağ klanı da münaqişənin sərhədyanı hadisələr fonunda davam etdirilməsində ciddi maraqlıdır. Bununla onlar Azərbaycanı Ermənistanın sərhəd rayonlarına cavab atəşinə nail olmaq və Rusiyanı müdaxiləyə cəlb etmək istəyirlər. Amma bütün bu cəhdlər əbəsdir. Azərbaycanın regionda hər keçən gün daha da artan nüfuzu erməni strateqlərini onunla hesablaşmağa məcbur edəcəyi günlər anbaan yaxınlaşır”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR