“Paşinyan yeni müqaviləyə hazırdır, amma...” - Politoloq

Siyasət
13:14 / 24.06.2021
1456
Son günlər Ermənistan mətbuatında Azərbaycanla
imzalanması planlaşdırılan sənəd barədə məlumatlar intensivləşib. Məsələn,
"Hraparak” nəşri yazıb ki, Nikol Paşinyan sentyabrda faktiki olaraq Azərbaycanın
ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.
Bununla bağlı politoloq Turan Rzayev Sfera.az-a
açıqlamasında deyib ki, əksər hallarda Ermənistan mediasında yayılan xəbərlərin
məqsədi tam fərqli ola bilər və buna görə də onları diqqətə almaq doğru deyil:
"Erməni xalqı faktiki olaraq müharibəni uduzan
Paşinyanı yeni müharibə başlatmaq istəyən Köçəryana dəyişdi. Buradan belə nəticəyə
gəlmək olar ki, erməni xalqı müharibə istəmir və 44 günlük müharibə onların dərs
alması üçün kifayət idi. Bu məntiqlə indi həm xalq, həm də region dövlətləri
Paşinyandan digər qalan komponentlərin də həllini gözləyir. Ən başlıcası, Azərbaycan-Ermənistan
sərhəddindəki demarkasiya və delimitasiya işlərinin düzgün aparılması,
minalanmış ərazilərin xəritələrinin geri qaytarılması və təbii ki, Ermənistanın
Qarabağın işğalı ilə bağlı Azərbaycandan üzr istəyib beynəlxalq ərazi
bütövlüyümüzü tanımasıdır”.
Politoloq hesab edir ki, belə bir müqavilə aktualdır:"Xüsusilə ötən gün Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon təmasları,
ardınca prezidentlər arasındakı baş tutan danışıqlarda həm Şuşa, həm 10 noyabr
bəyannaməsinin icrası məsələsində aparılan müzakirələr ondan xəbər verir ki, rəsmi
Bakı 10 Noyabr bəyanatının həllində maraqlıdır və Kremli bu istiqamətdə
aktivliyi artırmağa səsləyir. İrəvan da bunu öz növbəsində qiymətləndirməli və
başa düşməlidir ki, başqa seçimi yoxdur. Yeni geosiyasi şərtlər bunu tələb
edir”.
Müsahibimizin sözlərinə görə, yeni müqavilənin
Paşinyan tərəfindən ən qısa zamanda gerçəkləşdirilməsi gözlənilən deyil:
Günay Rəsulqızı