Paşinyan siyasi rəqiblərinə nə təklif edib?

Paşinyan siyasi rəqiblərinə nə təklif edib?

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkilərdə məğlub olan rəqib partiyaların liderlərini əhatə edəcək parlamentdənkənar bir strukturun yaradılmasını təklif edib.

Sfera.az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti Paşinyanın bir sıra siyasətçilərlə siyasi məsləhətləşmələrinə istinad edərək məlumat verib.

Qəzet yazır ki, N. Paşinyan rəqib siyasətçilərə hər hansı bir vəzifə təklif etməsə də bu siyasi kapitalı itirmək istəmir.

 

"Bu əsasda Paşinyanla görüşlərin bəzi iştirakçıları yaradılan şuranın büdcə hesabına fəaliyyət göstərəcəyi və orada çalışanların maaş alacağı qənaətinə gəliblər”, - deyə nəşr bildirib.

Siyasi müşavirələr çərçivəsində Paşinyan "Respublika” partiyasının lideri Aram Sarkisyan, "Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan, Xristian Demokrat Partiyasından Levon Şirinyan, "Respublika naminə” partiyasından Arman Babacanyan, "Evimiz Ermənistan” partiyasından Tiqran Urixanyan, "Mühafizəkarlar” partiyasından Mikael Ayrapetyan, "Vətəndaş seçimi” partiyasının idarə heyətinin üzvü Suren Saakyan, həmçinin Samvel Babayan, Tiqran Arzakantsyan, David Sanasaryanla görüşüb.

"Milli demokrat qütbü” və "5165” hərəkatının nümayəndələri görüşdən imtina ediblər.


 

 
 
 

OXŞAR XƏBƏRLƏR

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...

Bakı şəhər prokuroru: "Paytaxtda adam oğurluğu artıb"

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci ...