Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə hər kəsi regiondakı yeni reallıqdan faydalanmağa dəvət edir”
Bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov "Anadolu” agentliyinə müsahibəsi zamanı bildirib.
"Türkiyə-Azərbaycan münasibətləri Şuşa bəyannaməsi ilə səviyyəcə daha yüksək mərhələyə qədəm qoydu. Yeni inkişaf perspektivlərinin təməli qoyuldu. Burada siyasi, iqtisadi, humanitar, hərbi, müdafiə, Türk dünyasına yönələn mesajlar, Azərbaycan və Türk diasporlarının fəaliyyəti, regionun problemlərinin həllinə dair mesajlar yer alır. Bu bəyannamə sadəcə Azərbaycan və Türkiyəyə deyil, eyni zamanda region ölkələrinə də müsbət təsir göstərəcək. Bu yeni bir reallıqdır. Azərbaycan və Türkiyə hər kəsi bu yeni reallıqdan faydalanmağa dəvət edir. Şuşa bəyannaməsi regionumuzda sülh və tərəqqiyə xidmət edəcək”, - deyə C.Bayramov bildirib.






