Ceyhun Bayramov Somalinin XİN başçısı ilə görüşdü
XİN-dən Sfera.az-a verilən məlumata görə, C.Bayramov qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib.
Bu xüsusda nazir qarşı tərəfə cari il iyunun 13-də Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedinin Azərbaycan səfəri çərçivəsində azad edilmiş Ağdam rayonuna etdiyi səfərinə toxunaraq onun şəxsən Ermənistanın törətdiyi dağıntıların miqyasının şahidi olduğunu qeyd edib.
C.Bayramov Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə Somalinin hər zaman dəstək olduğunu vurğulayıb.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, habelə iki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






