Logo

Zakir Həsənov Raymonds Berqmanislə görüşdü

Zakir Həsənov Raymonds Berqmanislə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, görüşdə Müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Öz növbəsində R.Berqmanis ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını qeyd edərək Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR