Logo

Rusiyanın “Şuşa bəyannaməsi”nə reaksiyası necə olacaq? - Açıqlama

Rusiyanın “Şuşa bəyannaməsi”nə reaksiyası necə olacaq? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ərdoğanın Qarabağa səfəri və səfərin nəticəsi olan "Şuşa bəyannaməsi” Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır. Rusiya siyasi dairələrindən bununla bağlı xüsusi açıqlama yoxdur”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, Türkiyə prezidentinin Şuşadan bölgə ölkələrinə "gəlin, əməkdaşlıq edək”, "Rusiya prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” çağırışları Kremldə isti mesaj kimi qəbul edilə bilərdi:

"Yəni, Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır. Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına doğru atılan ilk addım kimi qiymətləndirə bilərlər. Bu onların işidir”.

Politoloq qeyd edib ki, Azərbaycanın işi strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaqdır: "Eyni zamanda bizim işimiz prezidentin dediyi kimi Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhəddi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”.

Günay
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR