“Ermənistan bu şərtlərin hamısına əməl edəcək” - Politoloq
"10 noyabrda razılaşmasının İrəvan tərəfindən yerinə yetirilməyən şərtlərinin hamısı Ermənistandakı seçkilərdən sonra həyata keçiriləcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, 10 noyabrda imzalanan müqavilədə göstərilən və hələ də həllini gözləyən məsələlər Şuşa bəyannatı qarşısında çox cüzi və kiçik məsələdir:
"10 noyabrda imzalanıb, bu günə qədər İrəvan tərəfindən yerinə yetirilməyən məsələlərin hamısı Ermənistanda bir neçə gündən sonra reallaşacaq seçkilərdən sonra həyata keçiriləcək. Nəzərdə tutulan, lakin həyata keçməyən məsələlər məhz seçkilərə maneə olmamaq üçün bu günə kimi reallaşmayıb. Həmin şərtlərin
reallaşdırılması Nikol Paşinyanın seçkidə mövqeyinə mənfi təsir göstərərdi.
Şuşa bəyannaməsinin isə əhatə dairəsi böyükdür, qlobal məsələdir. Azərbaycanın gələcək taleyinə xidmət edəcək, bundan sonra yüz illər ərzində öz sözünü deyəcək bir müqavilədir”.Rüfət SULTAN






