Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin fəaliyyəti nədən ibarətdir?
Kateqoriya məlum deyil
Qafqaz - İberoamerika Düşüncə Mərkəzi öz fəaliyyəti barədə məlumat yayıb.
Sfera.az-ın məlumatına görə məqalədə deyilir ki, Mərkəzin əsas vəzifələrindən biri Qafqazda mövcud olan siyasi, iqtisadi və humanitar sahələrdə təhlillər aparmaq, habelə ispan dilli ölkələrin düşüncə mərkəzləri, mediası, vətəndaş cəmiyyəti təşkilatları və dövlət dairələrilə çoxşaxəli əməkdaşlıq yaratmaqdır.
Mərkəzin İspaniya, Kuba, Meksika və s. ispandilli ölkələrdən həmsədrləri olacaq.
Yeni yaranan düşüncə mərkəzinin azərbaycanlı həmsədri Barselona Dövlət Universitetinin magistr dərəcəsini almış politoloq Mahir Qurbanovdur.
Türkan
Sfera.az






