Qarabağa gedən jurnalist işdən çıxarıldı

Qarabağa gedən jurnalist işdən çıxarıldı

 

"Kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib”.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moldovanın "TV7” telekanalının çəkiliş qrupunun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlaması barədə erməni KİV-in yaydığı məlumatları şərh edib.

 

Sfera.az-ın məlumatına görə Oxu.Az-a danışan XİN rəsmisi bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələni nəzarətə götürüb və Moldovanın "TV7” telekanalının rəhbərliyinə müraciət edərək bu faktı araşdırıb.

 

Məlumata əsasən, "TV7” telekanalının rəhbərliyi Azərbaycanın Moldovadakı Səfirliyinə məktubla müraciət edərək yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib.

 

Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın "TV7” telekanalında efirə getmədiyini bildirərək, müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinqdə yerləşdirildiyini bildirib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib.

 

 

Məktubda o da qeyd olunur ki, hazırkı süjetin müəllifi və artıq "TV7” telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan video linki onun işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etmiş Brüsseldə yerləşən "European Friends of Armenia” erməni lobbi və diaspor təşkilatına göndərib.

 

Kanal rəhbərliyi məktubunda keçmiş əməkdaşın qeyri-dürüst əməllərinə görə, özünü zərər çəkmiş tərəf hesab etdiyini bildirib və bir daha ən səmimi üzrxahlığını ifadə edib.  

 

Hikmət Hacıyev əlavə edib ki, "European Friends of Armenia” təşkilatı isə Ermənistan KİV ilə birlikdə YouTube-da yerləşdirilmiş bu videonu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb:

 

"Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. YouTube videohostinqindən də bu video silinmişdir”.



OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...