Logo

“Ərdoğanın səfərindən sonra Türkiyə şirkətləri Qarabağın bərpasında daha fəal olacaq” – Millət vəkili

“Ərdoğanın səfərindən sonra Türkiyə şirkətləri Qarabağın bərpasında daha fəal olacaq” – Millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu dəfəki səfəri əvvəlkilərdən fərqlidir. Olduqca strateji əhəmiyyət daşıyan bu səfər eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq”.

Sfera.az-ın məlumatına görə, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyluşlarının da artmasına imkan yaradacaq:

"Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək.  2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”.

Millət vəkili qeyd edib ki,Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edir və Ərdoğanın səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir: "Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR