Putin və Obamanın hansı hərəkəti Ərdoğanı məyus etdi?

Putin və Obamanın hansı hərəkəti Ərdoğanı məyus etdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Barak Obama və Vladimir Putinlə münasibətlərin onu məyus etdiyini söyləyib.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, o, bir zamanlar Barak Obama ilə Amerika və Türkiyə arasında nümunəvi münasibətlər yaratmaq arzusunda olduqlarını, Rusiya ilə ticarət əməkdaşlığını yeni səviyyəyə çatdırmaq istədiklərini xatırladıb.

"Təəsüf ki, ümidlərimiz doğrulmadı, iqtisadi sahədə əməkdaşlıq yaxşılaşmaq əvəzinə pisləşir, xarici siyasət sahəsindəki münasibətlərimiz də ürəkaçan səviyyədə deyil", - deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan Obamanın siyasətini tənqid edərək Quantanamo həbsxanası ilə bağlı problemin həll olunmamasının narahatlıq doğurduğunu söyləyib. O, həmçinin Vaşinqtonun Suriyada kürd müxalifətçilərinə dəstək göstərməsi faktından da narazılığını ifadə edib.

"Amerikanın kürdlərə verdiyi silahın yarısı sonradan İŞİD-in əlinə keçir, bundan da türk xalqı əziyyət çəkir. Bu cür faktar bizi məyus edir", -  deyə Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Suriyada baş verənlərdə yalnız Obamanı günahlandırmaq olmaz.

"Mən, əlbəttə, Obamadan daha qətiyyətli addımlar gözləyirdim və yenə gözləyirəm".

Putinlə münasibətlərə də toxunan Ərdoğan deyib: "Bizim Putinlə dostluğumuz ikitərəfli münasibətləri çox yüksək səviyyəyə qaldırmağa imkan vermişdi. Çox təəssüf ki, Türkiyənin hava məkanını pozan rus təyyarəsinin vurulmasından sonra vəziyyət kökündən dəyişdi. Rusiya ilə münasibətlər pozulana qədər iki ölkə arasında ticarət dövriyyəsi ABŞ-la olan dövriyyəni üstələyirdi", - deyə o bildirib.

Sonda Türkiyə prezidenti ikitərəfli münasibətlərin tezliklə yaxşılaşacağına ümidvar olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

Ən çox maaş alan futbolçu: Ronaldonun yeni müqaviləsinintəfərrüatları

Kristiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu ilə 200 milyon avroluq yeni müqavilə imzalayaraq dünyanın ən çox qazanan futbolçusu statusunu...

Almaniya Suriyaya görə bu ölkələrdən xahiş edəcək

Almaniya Aİ-nin digər üzv ölkələrindən Suriyaya qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirməyi xahiş edəcək. Sfera.az xarici mediaya kistin...

Moskvadan uçan təyyarə təcili geri qayıtdı - SƏBƏB

Rusiyanın paytaxtı Moskvadan Novosibirskə uçan təyyarə təcili geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. &nb...

ABŞ və Kuba illər sonra müqavilə bağladı - DETALLAR

Birləşmiş Ştatlar və Kubanın hakimiyyət orqanları Havananın 553 məhbusu azad etdiyi müqaviləni bağlaya bilib.    Sfera.az xəbər verir ki, bunun ...

Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir

Türkiyə Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir, lakin bu barədə hələlik rəsmi məlumatı yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyəni...

HƏMAS Qəzza razılaşmasını vasitəçilərə təhvil verdi

HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi barədə məlumat verib.   Sfera.az xəbər verir ki, bu barədə ...