Logo

Deputat kitab oğurlayanlarla çay içib, söhbət etmək istəyir

Deputat kitab oğurlayanlarla çay içib, söhbət etmək istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İstənilən oğurluğun əleyhinəyəm. "Kitab oğurluğu oğurluq deyil" fikri kökündən səhvdir və kitab sahiblərini bir qayda olaraq pis vəziyyətdə qoyur”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə ötən gün Səbail rayonunda yerləşən kitab mağazlarının birindən kitab oğurlayan gənclərlə bağlı danışarkən deyib. O bildirib ki, belə məsələlərə bir qədər fərqli baxmaq lazımdır:

" İnternet resurslarında satış yerlərində kiçik oğurluq edənlər tutulanda mal sahiblərinin onlara necə diqqətlə yanaşdıqları barədə çoxsaylı videofilmlər var. Bu kitab mağaza sahibi də onları tapdıraraq həmin kitabları onlara bağışlasaydı  və hətta bir fincan çay ətrafında söhbət etsəydi, tamam başqa bir nəticə əldə etmək olardı. Ən əsası həmin gənclər bir kitaba sığmayan bir həyat dərsi almış olardılar”.

Millət vəkili qeyd edib ki, həmin gənclərin xərclərini ödəməyə hazırdır:

"Eyni zamanda əgər istəsələr, onlara şəxsi kitabxanamdan kitab bağışlamağa, istədikləri kitab məndə olmazsa, onlara həmin kitab mağazasından almağa söz verirəm. Hətta sonra yaxınlıqdakı kafedə oturub, bir fincan çay ətrafında kitab və ədəbiyyat barədə söhbət də edə bilərik”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR