Logo

Mustafa Şəntop Azərbaycan xalqını təbrik etdi

Mustafa Şəntop Azərbaycan xalqını təbrik etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Milli Məclisin spikeri Sahibə Qafarovaya 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb.

Sfera.az xəbər verir ki, M.Şəntop məktubunda dost və qardaş Azərbaycan xalqını təbrik edib.

Parlament sədri bildirib ki, 1918-ci il 28 may tarixində Cümhuriyyətin elan edilməsi Azərbaycan tarixinin dönüş nöqtəsi olub:

"Təməli o günlərdə qoyulan Azərbaycan bu gün müstəqil dövlət olaraq bölgənin və dünyanın parlaq ulduzudur. Azərbaycan müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar Türkiyə üçün qürur mənbəyidir. Bizim qardaşlıq səviyyəsindəki əməkdaşlığımız bölgədə sülh, rifah və firavanlığa töhfə verir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR