Logo

Azərbaycan və Avstriya XİN başçıları görüşdü

Azərbaycan və Avstriya XİN başçıları görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.

Sfera.az-ın xəbərinə görə, bu barədə nazir Ceyhun Bayramov "Twitter”də bildirib.

Nazirin sözlərinə görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub.

"Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR