Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik etdi
Kateqoriya məlum deyil
Yaponiya İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.
Sfera.az-ın xəbərinə görə, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xoşbəxtlik, xalqınıza yüksək rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram".






