Bu ölkə də “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində iştirak edə bilər
Kateqoriya məlum deyil
Avstriyaya işgüzar səfəri çərçivəsində bu gün xarici işlər naziri Ceyhun Bayramov Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.
XİN-dən Sfera.az-a verilən məlumata görə, görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının” yaradılması, "ağıllı şəhər” və "ağıllı kənd” layihələri barədə məlumat verib.
Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakı mümkünlüyü qeyd olunub və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görülüb.






