Daha bir neçə əsgər və zabit təltif ediləcək - Deputat açıqladı
Millət vəkili Razi Nurullayev sorğularını cavabsız qoyan qurumlardan şikayətlənib.
Sfera.az-ın məlumatına görə, deputat bildirib ki, Müdafiə Nazirliyi sorğulara operativ və əksər hallarda müsbət cavab verən dövlət qurumları arasındadır.
"Elə qurumlar da var ki, ya tükü tərpənmir, ya da şablon cavabları şöbə müdirinin müavininin köməkçisinin az qala sürücüsü adından imzalatdırıb göndərir. Mən də onu ayaqlarımın yanında dayanan, stolun altında olan zibil vedrəsinə atıram. Amma, məsələ bununla bitmir”, - deyə R.Nurullayev qeyd edib.
Deputat həmçinin MN-ə göndərilən sorğudan da söz açıb:
"Müharibədə medal və ordenlər ala bilməyən məktub müəlliflərinin əksəriyyətinə müsbət cavab verilir. Həmin döyüşçü əsgər və zabitlər təltif ediləcəklər. Ümumilikdə 30-dan çox əsgər və zabitin müraciəti müsbət həll edilib”.
Türkan
Sfera.az






