Logo

Bayramov Lavrovla görüşdə üçtərəfli bəyanatdan danışdı

Bayramov Lavrovla görüşdə üçtərəfli bəyanatdan danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır və onları yerinə yetirir”.

Sfera.az-ın  məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmiz bir neçə birtərəfli addım atıb: "Humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilib. Təxminən 2 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib”.

Nazir Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndirib.

C. Bayramov müəyyən sahələr üzrə inkişaf olduğunu da dilə gətirib: "Digər sahələr üzrə isə hələ nəticə yoxdur. Başa düşürük ki, Ermənistanın daxilindəki siyasi vəziyyət buna təsir edir. Üçtərəfli bəyanatların yerinə yetirilməsində Ermənistanın da üzərinə düşən öhdəlikləri həyata keçirməsi vacibdir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR