Xankəndidə otel sifariş edən Azərbaycan diaspora təşkilatının rəhbəri

Xankəndidə otel sifariş edən Azərbaycan diaspora təşkilatının rəhbəri

"Bu ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş verən "dördgünlük müharibə" Azərbaycan diasporunun sınağı olub. Çünki həmin ərəfədə Ukraynadakı Azərbaycan diasporu erməni lobbisinə ağır zərbələr vurdu".

Sfera.az bildirir ki, bu fikirləri publika.az-a açıqlamasında birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət bölməsinin sədr müavini Zöhrab Səfərov deyib.
 
Z.Səfərov deyib ki, Ukraynadakı Azərbaycan diasporu artıq bu ölkədəki erməni diasporunun bütün təxribatlarını və qondarma təbliğatlarını zamanında ifşa edir: "Aprel döyüşləri zamanı biz Ermənistanın Ukraynadakı səfirliyi qarşısına içərisi boş olan torbalar qoyduq və dedik ki, öz əşyalarınızı da götürüb buradan gedin. Hətta Ukraynada yaşayan bizim gənc azərbaycanlılardan biri Xankəndidə yerləşən "Artsax" otelinə zəng vuraraq, boş yerlərin olub-olmadığını soruşur. Daha sonra isə bütün yerlərin bron edilməsini istəyir və deyir ki, bütün yerləri bron edin, tezliklə Azərbaycan xalqı orada olacaq. Bütün bunları biz etmişdik. Buna görə də bu gün Ukraynadakı Azərbaycan diasporunda çox güclü təşkilatlanma var".
 
Z.Səfərov qeyd edib ki, bir sağlam nəslin formalaşması üçün ən azı 25 il vaxt lazımdır: "Rəqəmlərə də baxsaq, görərik ki, aprelin əvvəllərində baş verən döyüşlər də Ermənistanın işğalçılıq siyasətinə başlamasının 25 ilinə təsadüf edir. Gənclərimiz bir daha göstərdilər ki, Azərbaycan bir qarış torpağını ermənilərə bağışlamayacaq. Sevindirici hal odur ki, Azərbaycanda diaspora sahəsində də milli dövlətçilik ənənələri yaranır. Baxmayaraq ki, biz bu sahədə ermənilərdən çox gəncik. Ancaq Azərbaycan qısa müddətdə ermənilərdən daha çox təşkilatlanmağa başlayıb".


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...