907-ci düzəliş hansı halda tam ləğv edilə bilər? - RƏYLƏR
Kateqoriya məlum deyil
"Fikrimcə, nifrətlə yaşayan erməni lobbisi kommunikasiyaların açılmasına, Azərbaycanla Ermənistanın sülh şəraitində yaşamasına maneə törətməkdə davam edəcəklər”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında bütün kommunikasiyalar açıldıqdan sonra daha bir il müddətinə dondurulan "907-ci düşəliş”in ABŞ tərəfindən birdəfəlik aradan qaldırılıb-qaldırılmayacağı məsələsinə toxunarkən Milli Məclisin deputatı Asim Mollazadə deyib:
"Onlar öz çirkin məqsədlərinə çatmaq üçün hətta Ermənistanda yaşayan erməniləri belə qurban verməyə hazırdırlar. Bu mənada erməni lobbi təşkilatları hər vəchlə çalışacaq ki, nə kommunikasiyalar açılsın, nə də 907-ci düzəliş ləğv edilsin”.
Politoloq Qabil Hüseynli isə düşünür ki, Bakı ilə İrəvan arasında münasibətlər qaydaya düşsə, 907-ci düzəliş tam aradan qaldırıla bilər. Amma bunun müsbət həlli ermənilərin haqq yoluna gəlməsindən asılıdır. Onu da vurğulayım ki, düzəlişin tam ləğv edilməməsindən uduzan bütün hallarda Ermənistan olacaq”.Rüfət NADİROĞLU






