Logo

Mahir Qurbanov İspaniya mediasına regionda yaranan yeni əməkdaşlıq perspektivlərindən DANIŞDI

Mahir Qurbanov İspaniya mediasına regionda yaranan yeni əməkdaşlıq perspektivlərindən DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dağlıq Qarabağda regional inkişaf və regional əməkdaşlıq üçün yeni imkanlar yaranır.

Sfera.az bildirir ki, bu barədə Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Avropa Azad Mətbuat Mərkəzinə "HorraPress İspaniya" xəbər saytına müsahibə verib (//es.horrapress.eu/archivos/1970?fbclid=IwAR0J3IE9X7Yd_fh_x1m_Ptswjc2pouD6WA6VPLwXaxSSW1SFqeCKnT-9tMY)

Müsahibədə deyilir ki, münaqişə öz həllini tapdıqdan sonra, regionda yeni inkişaf və əməkdaşlıq perspektivləri yaranır:

"Hazırda Azərbaycan Dövlətinin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfdən 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Şəhərlər və kəndlər yerlə-yeksan olunub. Əcnəbi diplomatlar və media nümayəndələri də işğaldan azad edilmiş ərazilərə səfər ediblər və özləri hər şeyin şahidi olublar.

Eyni zamanda onu vurğulamaq istəyirəm ki, Dövlətimiz indi beynəlxalq hava limanı və avtomagistrallar tikir, dəmir yolu xətlərini inşa edir, yəni artıq proses başlanıb.

Yəni, başqa sözlə desək, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və Dövlətimiz bunlara hazırdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR