“Metsamor” Çernobıldan daha dəhşətli olacaq - ŞƏRH
Sfera.az xəbər verir ki, Bbu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, region ölkələri Metsamor AES-lə bağlı Ermənistana ciddi təzyiq etməlidir:
"Metsamor AES hazırda partlamağa hazır, lakin vaxtı bilinməyən bir nüvə bombası kimi bir şeydir. Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın nələrə səbəb olduğunu yaxşı bilirik. Vaxtilə SSRİ bu problemi düzgün qiymətləndirsə idi, bəlkə də belə bir hadisə baş verməzdi. Eynilə bu gün bütün region ölkələri böyründəki potensial fəlakətin qarşısını almalıdır. Ermənistan həm region, həm də özü üçün potensial təhlükə olan Metsamor AES-i bağlamalıdır.
Bu AES-in əksər qurğuları SSRİ dövründən qalmadır və istismar müddəti çoxdan başa çatıb. Bu gün rəsmi İrəvan Metsamor AES-in probemlərini bilə-bilə digər ölkələrdən gizlədir. Bu isə öz növbəsində regionumuzu hər an yeni bir Çernobıl faciəsi ilə üz-üzə qoyur. Düşünün, bu gün Metsamor AES-də baş verəcək Çernobıl bənzəri bir fəlakət Ermənistanı Yer üzündən silə, Gürcüstan, Türkiyə, Azərbaycan ərazisindən başqa, atmosferinə də ciddi ziyan vura bilər. Metsamor AES ciddi eko-siyasi problemdir və ən qısa müddət ərzində həll edilməlidir”.
(Axar.az)






