Logo

Fransanın Dağlıq Qarabağla bağlı bəyanatı nəyə hesablanıb?

Fransanın Dağlıq Qarabağla bağlı bəyanatı nəyə hesablanıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qərb Avrasiyanın yeni meqalayihəsi olan Zəngəzur - İstanbul kanalı nəqliyyat qovşağının Rusiyanın və Türkiyənin nəzarəti altında olmasına barışmayacaq”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ABŞ Avrasiyanın orta xətt nəqliyyat xəttini Pekin - Moskva - Ankara ilə bölüşmək fikrində deyil:

"Bayden "soyqırım” terminini ortaya atmaqla erməni məsələsini aktuallaşdırmağa çalışacaq.  Digər maraqlı xəbər ötən gün Parisdən gəlib. 24 apreldə Fransa senatının spikeri və Fransanın Avropa işləri üzrə dövlət katibi Qarabağla bağlı qırmızı cizgini keçən bəyanat verdilər. Belə ki, Fransanın yüksək dövlət məmurları Dağlıq Qarabağın müstəqilliyinin Fransa hökuməti və bütün Aİ dövlətləri tərəfindən tanıdılması üçün əllərindən gələni edəcəklərini bəyan etdilər”.

Politoloq qeyd edib ki, bununla da  artıq Azərbaycana olan çağırışlar bəlli olmağa başlayır.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR