Logo

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Meksika ilə əməkdaşlığı genişləndirir

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Meksika ilə əməkdaşlığı genişləndirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksika mətbuatına məhz bu ölkə ilə əlaqələrin genişləndirilməsi haqqında müsahibə verib. 

Meksikanın "Expresión México" xəbər saytı qeyd edir ki, Mahir Qurbanov iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərini dərinləşdirmək məqsədilə Meksika senatorları və müxtəlif düşüncə mərkəzləri ilə görüşlər təşkil etməyi planlaşdırır.

Görüşdə o cümlədən, Azərbaycan və Meksika mərkəzlərinin direktorları həm ikitərəfli gündəliyin əsas məsələlərini, həm də regional və çoxtərəfli məsələləri  müzakirə edəcəklər. Eyni zamanda, Meksikanın ondan artıq media orqanında həm Azərbaycanla bağlı, həm də Qafqazda gedən proseslər haqqında məqalələrin dərc olunması əsas müzakirə obyekti olacaqdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR