Logo

“Ermənistan tərəfi hələ də əməkdaşlığa hazır deyil” - Deputat

“Ermənistan tərəfi hələ də əməkdaşlığa hazır deyil” - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"44 günlük Vətən Müharibəsi bitəndən sonra Ermənistanda yenidən revanşist qüvvələr peyda olub. İstər Ermənistanın müxalifət düşərgəsində, istərsə də Ermənistanın Xarici İşlər nazirliyinin özü, hakimiyyətdə olan bir sıra adamlar hələ də sağlam düşüncəyə sahib deyil. Onlar Ermənistanı sivil ölkəyə çevirmək, qarşılıqlı əməkdaşlıq, Azərbaycanın ərazi bütövlüyünün tanınması əvəzinə revanş hisslərlə yaşayırlar”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərhi ilə bağlı  bildirib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan kütləvi informasiya vasitələri, o cümlədən dünya mediasında yayılan məlumatlardan da görünür ki, ermənilər Azərbaycanın azad etdiyi əraziləri yenidən özlərinə qaytarmaq niyyətindədirlər:

"Bu baxımdan ölkə başçısı İlham Əliyev hər zaman öz çıxışlarında onların 44 günlük Vətən Müharibəsini unutmamasını qeyd edib.  Həmçinin biz əməkdaşlığa hazır olduğumuzu  bildirmiş,  bölgədə Vətən Müharibəsinin fonunda yaranmış yeni reallıqlara uyğun bir sıra platformalar, kommunikasiyaların açılması ilə bağlı təkliflərimizi irəli sürmüşük. Amma görünən odur ki, Ermənistan tərəfi hələ də sağlam düşüncə, soyuqqanlılıq və normal dövlət kimi əməkdaşlığa hələ də hazır deyil”.

Deputat qeyd edib ki,  elə Ermənistanın Xarici İşlər nazirinin özü çox aqressiv və revanş düşüncə ilə yaşayan adamdır: "Prezidentin sözlərini tamamilə fərqli istiqamətdə təhrif edərək, bunu dünya mediasına guya Azərbaycanın Ermənistana ərazi iddiaları ilə çıxış etməsi kimi təqdim etməklə növbəti dəfə şər, böhtan kampaniyası aparmaq niyyətində olduqlarını nümayiş etdirdilər. Bununla da onlar beynəlxalq aləmdə Azərbaycana müəyyən təzyiqlər göstərilməsinə çalışırlar.

Amma artıq  bütün dünya erməni vandallığını görüb, bizim ərazi bütövlüyümüzü tanıyır və Azərbaycan BMT-nin 4 qətnaməsini icra edərək beynəlxalq hüquq və norma tərəfindən müəyyən olunmuş sərhədlərini təmin edib. Ermənistan XİN-nin çıxışı spekulyasiyadır, növbəti böhtandır. Ölkə başçısı hər zaman qeyd edib ki, bizim başqa dövlətlərin torpaqlarında gözümüz yoxdur. Biz yalnız və yalnız öz ərazi bütövlüyümüzü təmin etmişik”.

Qeyd edək ki, Prezident İlham Əliyev 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və "əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” - deyə vurğulayıb. Ermənistan XİN isə iddia edib ki, bu, Ermənistanın ərazi bütövlüyünə təhdiddir.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR