Logo

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı beynəlxalq donor konfrans keçiriləcəkmi? – Rəylər

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı beynəlxalq donor konfrans keçiriləcəkmi? – Rəylər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Niyə Ermənistan işğaldan azad edilmiş ərazilərimizlə bağlı beynəlxalq donor konfransının keçirilməsinə qarşı çıxır? Aydındır ki, beynəlxalq humanitar strukturların situasiya, qiymətləndirmə hesabatları azad edilmiş ərazilərdəki işğalçıların vəhşiliyinin faktiki sübutu ola bilər”.

Sfera.az-ın məlumatına görə, bunu sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki,  donor konfransı çağırılmadan əhəmiyyətli beynəlxalq yardım cəlb etmək mümkün deyil.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə donor məsələsi ilə bağlı düşünür ki, ermənilər belə bir konfransa maraqlı deyil.

"İşğaldan azad olunmuş ərazilərdə ermənilərin barbar davranışları beynəlxalq ictimaiyyətə açıqlandı. Azərbaycan donor yardımlarına çox güvənməməlidir. Dünya Bankı, Asiya və İslam bankları, digər özəl investisiyalardan kifayət qədər dəstəyimiz var və neftimizin bir barreli 60 dollardan yuxarıdır. Beləliklə bərpa işlərinə sərf ediləcək əlavə mənbələrimiz olacaq” – deyə, millət vəkili vurğulayıb.

Məsələyə "Ermənistanın belə bir konfransda razılıq və iştirakına ehtiyacı varmı?” – deyə reaksiya verən Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Eldar Namazov bildirib ki,  müharibə bizim ərazimizdə olub və Ermənistan ərazisi zərər görməyib:
 
"Hesab edirəm ki, Azərbaycan özü belə bir konfransın təşəbbüskarı olmalıdır. Bu məsələdə ümumiyyətlə Ermənistanı görməzdən gələrdim. Orada hansı vəzifədə iştirak edəcək? Pul istəmək üçün? Ordunu yenidən bərpa etmək üçün? Ermənistan ərazisi heç bir zərər görmədi”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR