“Müharibə başlayacaqsa Azərbaycan Ukraynanı dəstəkləməlidir” - Politoloq
"Müharibə başlayacağı təqdirdə, Azərbaycanın Ukraynanı dəstəkləyəcəyi şübhəsizdir”.
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ukraynaya humanitar yardımlar da göndərilməlidir:
"Ukraynanı dəstəkləmək Rusiya ilə münasibətlərə mənfi təsir etməyəcək. Türkiyə də eyni cinahda yer alacaq. Bu, Rusiyaya qarşı müharibədə iştirak deyil. Ukraynanın daxilində hakimiyyət eşalonunda Rusiya agentura şəbəkəsi fəaliyyətini davam etdirir. Hazırkı situasiyada ordu güclü olsa da, Rusiyameyilli şəxslər qalmaqdadır və onların fəaliyyəti Ukraynanın uduzmasına hesablanacaq”.
Politoloq xatırladıb ki, Qarabağ müharibəsində Azərbaycan Rusiyameyilli hərbiçiləri müəyyən qədər orduda neytrallaşdıra bildi: "Bu da uğurlu hərbi əməliyyatlıarın aparılmasına gətirib çıxardı. Dost və strateji dövlət olan Ukraynanın bunu edə bilməsi çətindir. Hər halda Azərbaycan bu təcrübəsini Ukrayna ilə bölüşməlidir.
Hazırda Rusiya Xəzər hərbi donanmasını Qara dənizə təlimlər məqsədi ilə aparır. Bu, Ukrayna ətrafında baş verən müharibə ssenarisinə uyğun olaraq, Moskvanın həm suda, həm də quruda daha da güclənərək, fəal şəkildə müharibəyə hazırlaşmasıdır. Müharibə başlayacaqsa, bu təkcə Donbas olmayacaq, Rusiya Azov dənizi və Krımdan hücuma keçəcək. Rusiya Xəzər dənizi və digər dənizlərdə olan hərbi donanmasını Ukryana ətrafına ona görə yığır ki, ABŞ və Ukrayna müharibə ssenarisindən vaz keçsin və Rusiya təzyiq yolu ilə yeni şərtlər əldə etsin. Amma ABŞ və Ukryanın geri çəkilməsi gözlənilmir. Müharibə variantı gündəmdədir”.Günay






